G7 liderləri mümkün qədər tez bir zamanda Ukraynada atəşkəs əldə olunmasına çağırış edib.
“Böyük yeddilik” liderləri Rusiyanı Ukraynada atəşkəs barədə razılığa gəlməyə və qoşunları çıxarmağa çağırıb.
Apa xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bildirib ki,
“Biz Rusiya Prezidentini atəşkəs haqqında razılığa gəlməyə və mülki əhalinin təchizatı və təxliyyəsi üçün humanitar dəhlizlər yaratmağa çağırırıq. Rusiya qoşunları Ukraynadan çıxarılmalıdır”, - deyə Şolts G7 liderlərinin görüşündən sonra Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
Almaniya kansleri bildirib ki, ölkəsi Rusiyanı diplomatik həll yolu axtarmağa sövq etmək üçün bütün gücündən istifadə edəcək.
“G7-dəki bütün tərəfdaşlar əhatəli sanksiya paketləri qəbul edib. Biz bu gün sanksiyalar tədbirlərini diqqətli şəkildə həyata keçirməyi öhdəmizə götürmüşük”, - deyə Şolts əlavə edib.