Ukrayna ordusu Kiyev vilayətində uğurlu hərbi əməliyyat həyata keçirib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilir ki, Ukrayna ordusu Kiyevin şimalında rus işğalçılarını 25-35 km geri çəkilməyə məcbur edib:
“Onlar hücuma davam edirlər və qələbə əldə edirlər. Az öncə cəbhədən daha bir şad xəbər gəldi: Ukrayna ordusu Barışevski rayonunda Lukyanovka kəndini işğaldan azad edib”.
Lukyanovkada 200 rus əsgərinin olduğu, əksəriyyətinin məhv edildiyi, qalanlarının isə qaçdığı bildirilib:
“Əsgərlərimiz 3 tank və 9 PDM məhv edib, bir MT-LB isə qənimət götürülüb. Düşmənin atıb qaçdığı digər tankların yararlı olub-olmadığı yoxlanılır”.
Hazırda hücumun davam etdiyi bildirilir. (axar.az)