Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri M.Podolyakın sözlərinə görə, ruslar müharibəni qismən “uzadılmış fazaya” keçirməyə çalışırlar.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
"Səbəb isə Rusiyanın canlı qüvvə və texnika baxımından çox böyük itkiləri, bütün istiqamətlərdə ciddi irəliləyişin olmamasıdır. Bütün bunları artıq rus auditoriyasından gizlətmək mümkün deyil. Ona görə də Rusiya Federasiyasının rəhbərliyi fərqli taktikadan istifadə etməyə çalışır. İtkilərin sayını kəskin şəkildə məqbul (təbliğat nöqteyi-nəzərindən) səviyyəyə endirmək niyyətindədir.
Ukraynanın işğal edilmiş ərazilərində rusların qismən möhkəmlənməsi və böyük şəhərlərin ətrafında qüvvə və hərbi texnikanın cəmləşməsi müşahidə olunur. Məqsəd minlərlə humanitar fəlakətin qəsdən yaradılmasıdır" - deyə Podolyak bildirib.