2014-cü ilin fevralından sonra Krıma qeyri-qanuni köçmüş Rusiya vətəndaşları təcili olaraq daşınmaz əmlaklarını satır, biznes və aktivlərini yarımadadan çıxarırlar.
Qaziler.az Publika.az-a istinadla xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bu barədə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Krım körpüsündə Rusiya Federasiyası istiqamətində hərəkətin qarşısı alınıb. Krımın hazırki hakimiyyəti həmçinin bərələrin hərəkətini və yarımadanın Rusiya ilə hava əlaqəsini məhdudlaşdırmağı planlaşdırır.
Qeyd edilir ki, bunun səbəbi ukraynalı diversantlara qarşı mübarizə və mümkün “terror hücumları”nın qarşısının alınmasıdır.
"Beləliklə, Putin hökuməti 2014-cü ilin fevralından sonra Krıma qeyri-qanuni köçən Rusiya vətəndaşları arasında yaranan panikaya cavab verməyə çalışır. İşğalçılar yarımadadan qaçqın axınının qarşısını almağa çalışırlar. Rusiya ordusunun Ukraynaya hücumu başlayandan sonra Krımda məskunlaşmış rus zabitlərinin ailə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və Sevastopolun işğal administrasiyasının nümayəndələri yarımadanı tərk edənlərin önündə gedir", - deyə, məlumatda vurğulanır. Məlumata görə, Putin Krımı tərk etmək imkanını məhdudlaşdırmaqla, hazırda yarımadada yaşayan 600 min Rusiya vətəndaşını girov saxlayır.