Ukrayna Prezidenti Volodimir Zelinskinin həyat yoldaşı Yelena Zelenskaya birinci xanımlara ölkəsini dəstəklədiyi üçün təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Yelena Zelenskaya Fransanın birinci xanımı Brijit Makron və digər ölkə liderlərinin xanımlarına uşaqların təhlükəsiz çıxışını təmin etdiklərinə görə təşəkkür edib.
O, ölkəsində köməksiz qalan uşaqlara yardım etmək üçün fəaliyyətini davam etdirdiyini söyləyib.
Yelena Zelenskaya Fransanın “Le Parisien” qəzetinə yazdığı məktubda Rusiyanın Ukraynaya hücumu başlayanda birinci xanımlara ölkəsini dəstəkləməyə çağırış etdiyini bildirib. Ona ilk cavab verənlərdən birinin Brijit Makron olduğunu vurğulayıb.
Yelena Zelenskaya həyat yoldaşının cəsarətinə heyran olduğunu da bildirib: “Mən bu adama heyranam. Hər gün... Təəccübləndimmi? Xeyr. Volodimir həmişə belə olub: qətiyyətli və sakit. Müharibə zamanı ukraynalılar və bütün dünya onun prinsiplərini aydın şəkildə gördü və ondakı gücü hiss etdi. O, heç vaxt Ukraynanın maraqlarına xidmət etməkdən əl çəkməyəcək”.