Martın 23-də mülki şəxslərin təxliyəsi üçün Ukraynada 9 humanitar dəhliz açılıb.
Trend xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk videomüraciətində bildirib.
O deyib ki, martın 23-də Luqansk, Kiyev, Donetsk və Zaporoyje vilayətlərindən humanitar dəhlizlərin açılması razılaşdırılıb.