Ukrayna hərbçiləri Rusiya dəniz piyadaları briqadasının komandirini öldürüb. Bu barədə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Serqey Bratçuk məlumat verib.
“Düşmənlər, o cümlədən Odessaya basqın etməyi planlaşdıran rusiyalı dəniz piyadaları hazırda Nikolayevlə Mariupol arasında hardasa çürüyürlər”, - deyə o, bildirib.
“Yaxşı xəbər var - Rusiya dəniz piyadalarının briqadasının komandiri məhv edilib”, - deyə Bratçuk əlavə edib.
Spiker Ukrayna Silahlı Qüvvələrinə və öz doğma torpaqlarını işğalçılardan qoruyan hər kəsə təşəkkür edib, həmçinin qələbəyə inandığını deyib.
“Ukraynalı qadınları zorlamağa cəhd edən, ukraynalı uşaqları öldürməyə çalışan hər kəsin aqibəti belə olacaq. Onlar bağışlanmayacaq”, - deyə Bratçuk bildirib.
Daha əvvəl Ukrayna KİV Mariuopol yaxınlığında 810 saylı əlahiddə dəniz piyadaları qvardiya briqadasının komandiri, polkovnik Aleksey Şarovun öldürüldüyünü bildirmişdi. (oxu.az)