Tanınmış ukraynalı müğənni uşaq reanimasiyasından dəhşətli kadrlar PAYLAŞDI - VİDEO

Tanınmış ukraynalı müğənni uşaq reanimasiyasından dəhşətli kadrlar  PAYLAŞDI - VİDEO backend

Tanınmış ukraynalı müğənni, "Okean Elzı" rok qrupunun vokalisti Svyatoslav Vakarçuk  Zaporojyedə həkimlərin hərbi əməliyyatlardan zərər çəkmiş uşaqların həyatını xilas etməyə çalışdığı uşaq reanimasiya şöbəsindən kadrlar nümayiş etdirib.

Qaziler.az Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Vakarçuk paylaşdığı video haqqında bunları yazıb: “Bu, indiyə qədər çəkdiyim ən dəhşətli videodur...”.

S.Vakarçuk qeyd edib ki, uşaq reanimasiyasında həkimlər dünən böyüklərlə birlikdə mühasirəyə alınmış Mariupoldan qaçmağa çalışan, lakin ruslar tərəfindən atəşə məruz qalan uşaqların həyatını xilas etməyə çalışırlar.

Qaziler.az

 

Diaspora