"Rusiyanın 14 200 hərbçisi zərərsizləşdirilib" - Ukrayna MN

 "Rusiyanın 14 200  hərbçisi zərərsizləşdirilib" -  Ukrayna MN backend

Ukrayna növbəti dəfə Rusiya silahlı qüvvələrinin itkilərinin sayını açıqlayıb.

Bu barədə məlumat Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində yerləşdirilib.

Belə ki, indiyədək Rusiya ordusunun 14 200 hərbçisi öldürülüb. 

Bundan başqa, Ukrayna ordusu qarşı tərəfin 450 ədəd tankını, 1 448 ədəd zirehli döyüş maşınını, 205 ədəd artilleriya sistemini, 43 ədəd havadan müdafiə sistemini, 93 ədəd hərbi təyyarəsini, 108 ədəd helikopterini məhv edib.

Ukraynanın Azərbaycandakı səfirliyindən Qaziler.az bildirilib ki, martın 17-də Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri düşmənin 14 hədəfini vurub.

Hava döyüşləri nəticəsində Ukrayna qırıcıları havada iki hava hədəfini, ilkin məlumatlara görə, bir Rusiya qırıcısı və bir hücum təyyarəsini vurub.

"Zenit-raket qoşunları işğalçıların daha beş təyyarəsinin məhv edildiyini bildirir. Bundan əlavə, Rusiyanın üç pilotsuz təyyarəsi, üç qanadlı raket və bir helikopter məhv edilib.

Beləliklə, 17 mart 2022-ci ildə Rusiyanın məhv edilən texnikası:
  7 təyyarə;
1 helikopter;
3 PUA;
3 qanadlı raket.
"Dünyanın ikinci ordusu" gözümüzün qabağında əriyir!" - məlumatda deyilir.

 

Diaspora