Türkiyədə bu gün - 18 mart tarixində Çanaqqala Zəfərinin 107-ci ildönümü anılır.
Birinci dünya müharibəsi zamanı, 1915-1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta arasında baş verən bu dəniz və quru döyüşü Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək məqsədi daşıyıb.
Ancaq ittifaq dövlətləri məqsədlərinə çata bilməyərək, məğlub olublar.
Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanəyə çevrilərək, bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərib və Türk Qurtuluş Savaşına da təsirsiz ötüşməyib. 18 mart həmçinin, Çanaqqala şəhidlərinin Anım Günü olaraq elan edilib.
Türkiyənin qurucusu Mustafa Kamal Atatürk o dövrdə müharibənin ən etibarlı komandirlərindən biri olub. Çanaqqala cəbhəsinə gəldiyi zaman Mustafa Kamalın rütbəsi polkovnik-leytenant idi və 19-cu Diviziya komandiri vəzifəsini icra edirdi. Müharibənin ortasında o, polkovnik rütbəsi ilə 130 min nəfərlik bir korpusa komandanlıq etdi. Atatürk göstərdiyi yüksək nailiyyətlər nəticəsində “Anafarta Qəhrəmanı” adını alıb.