"Kiyevətrafı şəhərlərdə işğalçılar sistemli şəkildə yerli əhalini zorlayır və öldürürlər"
Bunu bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Bu barədə Ukraynanın ölkəmizdəki səfirliyindən Qaziler.az-a bildirilib.
"Rusiya ordusu dinc sakinləri vəhşicəsinə və kütləvi şəkildə məhv etməkdədir. Müharibənin əvvəllərində belə hallar çox olmasa da, indi vəziyyət daha da pisləşib. Rusiya ordusu Ukrayna əhalisini qəsdən məhv edir. Bu soyqırımdır. Belə hallar onlarla deyil, artıq yüzlərlədir”- deyə Arestoviç qeyd edib.