“Bölgənin sabitliyi üçün hər cür səy göstərmişik” - Akar

“Bölgənin sabitliyi üçün hər cür səy göstərmişik” -  Akar backend

Ukraynada daha çox insan ölümünün qarşısını almaq, sülh və sabitliliyin bərqərar olması üçün təcili olaraq atəşkəsin elan edilməsi vacibdir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, qızğın döyüşlər gedən ərazilərdən insanların təhlükəsiz şəkildə təxliyəsi üçün Türkiyə hər cür səy göstərir.

“Xüsusilə də vətəndaşlarımızın və mülki şəxslərin Mariupoldan təxliyəsi üçün hər iki tərəflə fasiləsiz təmaslarımızı davam etdiririk. Biz bölgəmizdə sülh və sabitliyin bərqərar olması üçün Montrö boğazlar konvensiyasının ölkəmizə verilən səlahiyyətlərdən istifadə etmək də daxil, hər cür səy göstərmişik, bundan sonra da bu addımlarımızı davam etdirəcəyik. Bölgədə sağlam düşüncənin üstünlük təşkil edərək, tezliklə atəşkəsin əldə olunmasına ümüd edirik”, - deyə nazir bildirib.

Diaspora