“Rusiya ilə danışıqlar ağır keçir, tərəflərin mövqeləri fərqlidir”.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak tviter səhifəsində yazıb.
“Tərəflərin mövqeləri fərqlidir. Bizim üçün prinsipial məsələlər toxunulmazdır”, - Prezidentin Ofis rəhbərinin müşaviri vurğulayıb.
“Danışıqlar prosesinin içərisində olmayan fəal şərhçilərə yumşaq şəkildə məsləhət vermək istəyirəm. Ciddi mübarizə aparan ölkədə yalanlarınızı yaymayın”, - M.Podolyak qeyd edib.