Ukrayna hərbçiləri əks hücuma keçərək Buça, Vorzel, İrpen və Borodyankanı azad ediblər.
Ukraynanın ölkəmizdəki səfirliyindən Qaziler.az-a bu ərazilərdə baş verənlərlə bağlı bunları bildiriblər: "Kiyev yaxınlığında rus işğalçılarının vəhşiliklər törətdiyi yerlərdən biri də Buça şəhəridir. Martın 15-i axşam saatlarında Ukrayna hərbçiləri əks hücuma keçərək Buça, Vorzel, İrpen və Borodyankanı azad etdilər. Artıq döyüşlər Kiyevdən 40-50 km "uzaqlaşıb".
Rus qoşunlarından təmizlənən Buça şəhərində gedən döyüşlər zamanı ailəsini və qolunu bir qızcığazın təsirli həyat hekayəsi hər kəsin gözünü yaşardır:
Bu qız erkən qəhrəman oldu. O, demək olar ki, bütün ailəsini və bir qolunu itirdi! Heç nəyə baxmayaraq, o, indi çəhrayı və çiçəkli protez xəyal edir. Putin və rusiyalı canavarlar hər uşağın göz yaşlarına cavab verəcəklər".