Sumı vilayətinin Trostyanets şəhərində gecə saatlarında Rusiya ordusuna məxsus tanklar məhv edilib.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Telegram”da video paylaşıb.
Məhv edilən zirehli texnika arasında “Msta-S” özüyeriyən artilleriya qurğularının olduğu da bildirilir.
Drondan çəkilən kadrlarda alov içində olan və partlayan zirehli texnika müşahidə olunur. (oxu.az)