Rusiya Ordusu Ukraynada ciddi çətinliklərlə üzləşib - Britaniya kəşfiyyatı

Rusiya Ordusu Ukraynada ciddi çətinliklərlə üzləşib - Britaniya kəşfiyyatı backend

Rusiya qüvvələri Ukrayna ərazisinin yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün mübarizə aparır.

Apa-nın xəbərinə görə, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
Məlumatında bildirilib ki, Rusiya qüvvələri Ukraynanın yol şəbəkəsinin törətdiyi çətinliklərlə əlaqədar hərəkətsiz qalıb və qüvvələr manevr etməklə bağlı istəksizlik nümayiş etdirir. "Ukrayna qüvvələri tərəfindən körpülərin dağıdılması da Rusiyanın irəliləyişinin dayandırılmasında mühüm rol oynayıb".

"Rusiyanın havaya nəzarəti ələ keçirmək istiqamətində davam edən uğursuzluğu onların hava manevrindən səmərəli istifadə etmək qabiliyyətini və seçimlərini daha da məhdudlaşdırıb.
Ukrayna Silahlı Qüvvələrinin taktikası Rusiyanın manevr edə bilməməyindən məharətlə istifadə edərək, Rusiyanın irəliləməsini qarşısını alır və işğalçı qüvvələr ağır itkilər verir".

Diaspora