Ukraynada "Fox News"un operatoru və ukraynalı jurnalist həlak olub - YENİLƏNİB

Ukraynada "Fox News"un operatoru və ukraynalı jurnalist həlak olub -  YENİLƏNİB backend

Ukraynalı jurnalist həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşçenko bildirib.

Onun sözlərinə görə, ukraynalı jurnalist, prodüser Oleksandar Kuvşinova da Rusiya hərbi qüvvələrinin açdığı atəş nəticəsində Kiyev ətrafındakı ərazidə, Horenkada həlak olub. Bildirilib ki, Oleksandra "Fox News"un komandası ilə bir yerdə olub. Telekanalın operatoru həlak olub, digər jurnalist ağır yaralanıb.

***

19.38

“Fox News” telekanalının əməkdaşı Ukraynada həlak olub.

APA xəbər verir ki, bu barədə "Fox News"un icraçı direktoru Suzanne Skot məlumat yayıb.

Bildirilib ki, telekanalın operatoru Pierre Zakrzevski Qorenka kəndində həlak olub.

Xəbərə görə, martın 14-də kanalın müxbiri və operatorunun olduğu maşın atəşə tutulub. Nəticədə jurnalist Benjamin Hall ağır yaralanıb, operator Pierre Zakrzevski isə həyatını itirib.

Diaspora