Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı döyüşməkdən imtina edib

Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı döyüşməkdən imtina edib backend

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bir müddət əvvəl Belarus ordusunun Ukraynaya qarşı müharibədə iştirak təhlükəsinin qaldığını bildirib.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu haqda 14 martda yaydığı məlumatda da açıqlama verib.

“Belarus Respublikası silahlı qüvvələrinin Ukraynada müharibə aparmağa hazırlığı baxımından: xüsusi əməliyyat qüvvələrinin yüksək rütbəli rəsmilərindən birinin bəyanatına əsasən, respublika silahlı qüvvələrinin xüsusi təyinatlıları. Belarus Ukrayna ilə müharibədə iştirak etməyəcək”, - məlumatda deyilir.

Diaspora