Moskva ilə danışıqlarda nümayəndə heyətimizin bütün cəhdləri Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etməyə yönəlib.
Apa-nın TASS-a istinadla xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Nümayəndə heyətləri gündəlik vieokonfrans formatında görüş keçirilər. Bizim nümayəndə heyətinin qarşısına dəqiq vəzifə qoyulub – prezidentlərin görüşü. İnanıram ki insanlar bunu gözləyir. Bu çox ağır yoldur, çətin situasiyadır. Məqsədimiz budur ki, bu mübarizədə, Ukraynanın apardığı mürəkkəb danışıqlar bizə və dünyaya lazımi nəticə versin. Biz normal və həqiqi zəmanət əldə edə bilək”, - deyə Ukrayna lideri vurğulayıb