Rusiya Lvovda hərbi poliqona zərbələr endirib, 35 nəfər ölüb, 130-dan çox insan yaralanıb - YENİLƏNİB

Rusiya Lvovda hərbi poliqona zərbələr endirib, 35 nəfər ölüb, 130-dan çox insan yaralanıb -  YENİLƏNİB backend

Lvov vilayətindəki Yavorivski poliqonuna raket hücumu nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, 130-dan çox insan yaralanıb.

Martın 13-də keçirdiyi brifinqdə Lvov Vilayət Dövlət Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib. (Apa)

***

12:42

Rusiyanın Lvovda hərbi bazaya endirdiyi raket zərbəsi nəticəsində 9 nəfər ölüb, 57 nəfər yaralanıb.

Bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.

Rusiyanın hərbi bazaya ümumilikdə 30-dan çox raket zərbəsi endirdiyi qeyd olunub.

Bildirilir ki, raketlər Saratov ərazisindən atılıb. Raketlərin bir hissəsi havada vurulub.

 

***

09:34

Rusiya ordusu Ukraynada Lvov şəhəri yaxınlığında Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə (Yavorovski hərbi poliqonu) hava zərbəsi endirib.

Bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.

İlkin məlumata görə, səkkiz raket atılıb. Onun sözlərinə görə, aviazərbə nəticəsində zərərçəkənlərin olması araşdırılır.

Qaziler.az Ukrayna mətbuatına istinadən Lvovda hərbi poliqona hücumla bağlı keçirilən mətbuat konfransından hazırlanan videonu təqdim edir:

Diaspora