Daha bir rus əsgərin telefon danışığı tutuldu: "Ukraynanı alandan sonra..."

Daha bir rus əsgərin telefon danışığı tutuldu: "Ukraynanı alandan sonra..." backend

Daxili işlər nazirinin müşaviri Anton Geraşenko Ukraynadakı müharibə ilə bağlı təəssüratlarını anasına telefonla danışan daha bir işğalçı əsgərin danışığının yazısını dərc edib.

Bu telefon zəngində hərbçi öz anasıyla danışıb.

"Bizi minaatanlarla bombaladılar, iki zabiti yaraladılar, qəlpələr ətini parça-parça etmişdi. Bizə başqa cür deyilmişdi, o hesabla bir həftə əvvəl buradan (Ukraynadan - UNİAN) çıxmış olmalıydıq. Diviziya komandiri dedi ki, biz indi heç nə edə bilməyəcəyik. Çünki bura nə isə başqaları göndəriləcəkmiş, amma yox, sonra deyiblər ki, axıra qədər burada olacağıq. Bizə dedilər ki, günə hərəyə 57 dollar, üstəlik, hər kəsə mənzil də verəcəklər. Deyirəm, indi biz Ukraynanı alacağıq, bizə ya bir daxma, ya da məzar verəcəklər”, - işğalçı bildirib.

O, özünü güllələmək istədiyini, ancaq bunu etməyəcəyini əlavə edib. Bundan əlavə, o, həmkarlarının çox qorxduğunu, lakin hər şeyin yaxşı olacağına ümid etdiklərini deyib.

Xatırladaq ki, bundan əvvəl başqa bir işğalçının ukraynalılara nifrətlə bağlı söhbəti açıqlanmışdı.//Qaynarinfo

Diaspora