Daha bir jurnalist yaralanıb, yaralını döyüş bölgəsindən çıxarmağa çalışırlar.
Kiyev vilayətinin İrpen şəhərində rus işğalçıları "New York Times" qəzetinin müxbirini güllələyiblər.
Qaziler.az bildirir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
"İşğalçılar hətta rus qoşunlarının Ukraynadakı vəhşilikləri haqqında həqiqəti göstərməyə çalışan beynəlxalq KİV nümayəndələrini də öldürürlər. Bu gün İrpendə dünyaca məşhur "Nyu York Tayms"ın 51 yaşlı müxbiri güllələnib" - deyə o qeyd edib.
Geraşenkonun sözlərinə görə, daha bir jurnalist yaralanıb, indi onlar yaralını döyüş bölgəsindən çıxarmağa çalışırlar.