İnternetdə çox təsirli videogörüntü yayılıb: balaca qızcığaz Kiyev şəhərində insanların atəşlərdən gizləndiyi zirzəmidə "Soyuq ürək" cizgi filmindən mahnı oxuyur.
Moderator.az xəbər verir ki, videogörüntülər ilk dəfə martın 6-da "Twitter"də yayılıb. Hindistanın "Zee News" xəbərlər kanalının qadın jurnalisti videogörüntüləri bu sözlərlə paylaşıb: "Ruslar, baxın, görün, kiminlə vuruşursunuz!".
Təkcə bu resursda videoçarxa 13 milyondan çox istifadəçi baxıb.
Hal-hazırda 7 yaşlı kiyevli qızcığaz Ameliya Anisoviçin taleyi barədə məlumat var. Onu milyonlarla ukraynalı uşaqlar kimi qardaşı və nənəsi ilə təxliyə ediblər. Hazırda qızcığaz Polşadadır, televiziyaya müsahibələr verir, artıst olmaq arzusundadır, Kiyevə Ukrayna paytaxtını qorumaq üçün qalan valideynlərinin yanına qayıtmaq istəyir.