Ukraynada bir gündə 5 rus agenti ələ keçdi

Ukraynada bir gündə 5 rus agenti ələ keçdi backend

Agentlər Kiyevdə, Dneprdə, Zakarpatyedə, Xarkovda və Donbasda ələ keçirilib.

Qaziler.az bildirir ki, Ukrayna Təhlükəsizlik Xidməti ötən sutka ərzində Rusiyaya işləyən beş casusu ifşa edib. Onların arasında həm dövlətə xəyanət etmiş Ukrayna vətəndaşları, həm də müharibəyə başlayan Rusiya vətəndaşları var.

Qurumun mətbuat xidməti düşmən agentlərinin harada tutulduğunu və işğalçılara hansı məlumatları ötürdüklərini bildirib.

Ukrayna Təhlükəsizlik Xidməti xatırladıb ki, bundan sonra hərbi vəziyyətə görə dövlətə xəyanət və ya təxribata görə cəza daha da sərtləşib - 15 ilədək həbs və ya ömürlük həbs.

Mənbə: Unian.net

Diaspora