Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbərinin müavini Kirilo Timoşenko insanların qaynar nöqtələrdən təxliyəsinin gedişatı barədə məlumat verib.
“Report” UNİAN-a istinadən xəbər verir ki, o, İzyumdan artıq 2 minə yaxın insanı daşıyan 44 təxliyə avtobusunun yola çıxdığını bildirib.
“Həmçinin ərzaq məhsulları və ilkin zərurət əşyaları ilə birlikdə humanitar yüklər də çatdırılıb”, - K.Timoşenko söyləyib.
Onun sözlərinə görə, təxliyə avtobusları martın 10-da Buçaya da gəlib: “Loxvitsadan daha 35 avtobus Sumıya yola düşüb. Zaporojyedən avtobuslar Mariupoldan təxliyə üçün yola çıxıb. Humanitar konvoy su, ərzaq və dərmanlar aparır”.