Hazırkı vəziyyət pandemiyanın sonuna işarə edir - Erhan Akdoğan

Hazırkı vəziyyət pandemiyanın sonuna işarə edir -  Erhan Akdoğan backend

Hazırda koronavirus ştamlarının insanlara daha az təsir göstərməklə daha qısamüddətli olduğunu görürük.

Bunu Trend-ə Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsinin rəhbəri Erhan Akdoğan deyib.

O qeyd edib ki, tarixə nəzərə yetirdikdə əvvəlki pandemiyalar dönəmində də belə olub.

 

“Viruslar zəifləyərək aradan qalxıb. İndiki gedişat da ona işarə edir. Koronavirusun da artıq bir qrip halına döndüyünü, hazırda xəstəliyin daha asan keçdiyini görürük. Ancaq buna rəğmən, yaşlılar, xronik xəstəliyi olan insanlar və xəstəliyi ağır keçirə biləcək digər insanlarla bağlı diqqətli olmaq lazımdır”, - deyə E.Akdoğan vurğulayıb.

Diaspora