Mariupol şəhərinin mühasirəsi 7 gündür davam edir.
Ukraynanın Azərbaycandakı səfirliyinin Qaziler.az-a verdiyi məlumata görə, şəhərin infrastrukturu dağıdılıb - işıq, istilik, içməli su, yemək, qaz yoxdur. 9 gündür ki, Mariupol davamlı olaraq raket artilleriyasından (Qrad, "Smerç", "Toçka U"), minamyotlardan atəşə tutulur. Rus qoşunları doğum evlərini, xəstəxanaları və qan banklarını bombalayır. Təxminən 135 min insanın yaşadığı şəhərin sol sahil rayonu demək olar ki, tamamilə dağıdılıb. Mülki əhalinin yerləşdiyi sığınacaqlar və təxliyyə edildiyi yerlər məqsədyönlü şəkildə hücuma məruz qalır. Şəhərin tam dağıdılması həyata keçirilir. Şəhərin əksər rayonlarına ciddi ziyan dəyib və bir çox hündürmərtəbəli binalar yaşayış üçün yararsız hala salınıb.
"Rusiya qoşunları 7 gündür ki, şəhərin 350 mindən çox sakinini girov saxlayır ki, onlardan 50 mini uşaq, 3 mini isə südəmər körpədir. Onların susuzluq, aclıq və ya birbaşa hərbi təcavüzdən ölüm təhlükəsi altındadır. Çox sayda insan dağıntılar altındadır. Amma rus ordusunun davamlı hücumları səbəbindən dağıntılar altında qalan insanları çıxarmaq, yaralıları təxliyə etmək, ölənləri basdırmaq mümkün deyil. “Xilaskarlar” Mariupol şəhərinin mərkəzini fasiləsiz bombalamağa davam edir. İlkin məlumatlara görə, Putin qoşunları tərəfindən Mariupolun blokadası zamanı artıq 1300-ə yaxın dinc sakin həlak olub" - deyə məlumatda bildirilir.