Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbi Rusiyaya və şəxsən onun prezidenti Vladimir Putinə qarşı sanksiyaları sərtləşdirməyə, həmçinin Ukraynanı müasir hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.
O, bunu “The Washington Post” qəzetinin köşə yazısında bildirib.
XİN rəhbəri bildirib ki, Qərb Rusiya ilə müharibədə Ukraynaya daha çox kömək etməlidir.
Kulebanın sözlərinə görə, bunun üçün üç şey lazımdır: Təyyarə, hava hücumundan müdafiə və enerji embarqosu.
Mənbə: segodnya.ua