Xarkov vilayətində rusiyalı hərbçilər İzyum şəhərinin mərkəzi xəstəxanasını dağıdıblar.
Bu barədə İzyum merinin humanitar məsələlər üzrə müavini Vladimir Matsokin “Facebook”-da məlumat verib.
“Bu, bizim Mərkəzi Şəhər Xəstəxanasının qəbul şöbəsidir. Yəqin ki, gizli NATO bazasıdır”, - o yazıb.
Matsokin xəstəxananın dağıdılması ilə bağlı foto və videogörüntüləri də yayımlayıb.