Döyüşə yollanan ata-ana övladlarıyla vidalaşmağa gəlib - FOTO

Döyüşə yollanan ata-ana övladlarıyla vidalaşmağa gəlib -  FOTO backend

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə öz dəhşətləri ilə davam etməkdədir.

Dağıntılar, fəlakətlər, saysız-hesabsız insan ölümü ilə nəticələnən müharibədən ən çox əziyyət çəkən uşaqlardır.  Körpələr ölür, körpələr dağıntılar altında qalır, körpələr ata-anasın itirir...

Hazırda müharibə gedən Ukraynada uşaqlar odun-alovun içərisində, qanlı müharibənin acısı ilə göz-gözədir. Müharibənin hər bir kadrı, hər bir fotosu təsirlidir, ürək ağrıdandır.

Yayılan bir fotoda vətəni Ukraynanın azadlığı uğrunda döyüşə yollanan kiyevli ata-ana övladları ilə görüşməyə gəliblər. Nə olduğunu anlamayan günahsız körpə doğmalarına sarılır... 

İnsanlığın qənimi, özgə torpaqlarına soxulan qaniçənlər öz qanlarında boğulsunlar...

Qaziler.az

Diaspora