Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəyə silah tədarükü məsələsində əhəmiyyətli irəliləyiş olduğunu açıqlayıb.
Bu barədə ukraynalı nazir “Facebook” hesabında yazıb.
“Silah və hərbi sursat tədarükü ilə bağlı şərh verməyəcəyəm - bu, incə məqamdır. Qoy düşməni sürpriz gözləsin. Bilin: əhəmiyyətli irəliləyiş var”, - deyə nazir bildirib.
A.Reznikov qeyd edib ki, hazırda tərəfdaşlardan hava və raket hücumundan müdafiə sistemlərinin alınması üzərində iş gedir.