Xarkovda Rusiya qırıcısı belə məhv edildi - VİDEO

Xarkovda Rusiya qırıcısı belə məhv edildi -  VİDEO backend

Xarkov üzərində Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri Rusiyanın qırıcısını vurub.

Pilot katapult edə bilməyib və yerindəcə ölüb.

Rusiyaya məxsus döyüş təyyarəsinin düşmə anının görüntüləri yayılıb.

Bu barədə Xarkov vilayətinin hərbi adminstrasiyasının rəisi Oleq Sinegubov məlumat yayıb.

Rusiyaya məxsus Su-25 təyyarəsi yerli vaxtla saat 18:15 Milli Qvardiyaçılar tərəfindən zenit-raket kompleksindən vurulub.

“Təyyarə Kuliniçi rayonuna düşüb. Xarkov Hava Hücumundan Müdafiə Qüvvələri bu gün məhsuldar gün keçirib. Qələbə bizimlədir”, - deyə Sinegubov bildirib.

Mənbə: UNİAN

Diaspora