Ukraynanın qalmaqallı xalq deputatı İlya Kiva dövlətə xəyanətdə ittiham olunub.
Belə ki, o, Ukraynanın dövlət sərhədlərinin dəyişdirilməsi ilə bağlı ictimai çağırışlar edib.
Ukraynanın baş prokuroru İrina Venediktova qeyd edib ki, yaxın gələcəkdə Kiva beynəlxalq axtarışa veriləcək.
“Yaxın gələcəkdə sizi beynəlxalq axtarışa verəcəyik. Sonra həbs, ekstradisiya və ədalətli mühakimə olacaq. Bu, sizin taleyinizdir, baş cür olmayacaq”, - deyə Venediktova bildirib. (oxu.az)
Mənbə: “Unian”