Ukrayna Müdafiə və təhlükəsizlik şurasının katibi Aleksey Danilov dünyanın ən müasir və ən güclü Putin ordusu haqqında mifi məhv etdiklərini söyləyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.
“Biz Rusiya orklarının (nağıl və əfsanələrdə eybəcər məxluqlara qoyulan ad-red.) ən ağır dalğasını dəf etməyə müvəffəq olduq. Dünyanın ən müasir və güclü Putin ordusu haqqında mif Kiyev və Xarkov vilayətlərinin, Çerniqov və Nikolayev vilayətlərinin yollarında dağıdılıb və yandırılıb. Rusiya qoşunları hüç bir istiqamətdə strateji uğur əldə edə bilməyiblər”,-deyə o, qeyd edib.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə ölkə iqtisadiyyatını hərbi relslərin üzərinə keçirdiklərini bildirib. Onun sözlərinə görə, zavod və fabriklər hərbi sifarişləri icra edərək, texnikaların təmirini həyata keçirir, hərbi qənimətləri silaha çevirirlər.