Rusiya hərbçiləri Ukrayna ərazisində 34 xəstəxananı yararsız hala salıblar.
Ukraynanın ölkəmizdəki səfirliyindən Qaziler.az-a verilən məlumata görə, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko deyib.
"Bəzi tibb müəssisələrində binalar, mühəndis şəbəkələri dağıdılıb (su və enerji təchizatı yoxdur), bəziləri isə ümumiyyətlə işləyə bilməyəcək, yəni tam yararsız hala salınıb".
Səfirlikdən verilən digər məlumata görə, martın 6-na keçən gecə Rusiya hərbçiləri Xarkov şəhərinin ən böyük yaşayış massivi olan Saltivkanı bombalayıb.