Rusiya ordusunun daha bir Su-25 qırıcısı vurulub: Pilot axtarışdadır - FOTO

Rusiya ordusunun daha bir Su-25 qırıcısı vurulub: Pilot axtarışdadır -  FOTO backend

Volnovaxa səmalarında Ukrayna Birləşmiş Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Rusiya ordusunun daha bir Su-25 hücum təyyarəsini vurublar.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı məlumat yayıb.

“Rusiya aviasiyası itki verməkdə davam edir. Bu gün, martın 4-də Volnovaxa səmasında Birləşmiş Qüvvələrin hava hücumundan müdafiə bölmələri düşmənin daha bir Su-25 hücum təyyarəsini vurublar”, - deyə məlumatda bildirilir.

Pilotun katapult edildiyi bildirilir.

“İndi düşmən pilotunu sağ tapmaq vacibdir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Ukrayna ordusu son bir həftə ərzində bir neçə Su-25, Su-24 və Su-30 qırıcılarını məhv edib.  (oxu.az)

Diaspora