İşğal başlayandan bəri Ukraynada 9 mindən çox rus əsgəri həlak olub - Baş Qərargah

İşğal başlayandan bəri Ukraynada 9 mindən çox rus əsgəri həlak olub -  Baş Qərargah backend

Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı Rusiya-Ukrayna müharibəsinin doqquzuncu günü ilə bağlı məlumatlar paylaşıb.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Baş Qərargah düşmənin itkiləri ilə bağlı yeni məlumatlar açıqlayıb.

Bildirilir ki, “Rusiya ordusu bütün istiqamətlərdə itki verir, döyüş qabiliyyətini itirmiş hərbçilər təslim olur və texnikanı tərk edirlər.

Qarşı tərəfin əsas məqsədi Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəlib.

Makarov ərazisində Rusiya əsas qüvvələrinin qarşısı alınır və onlar dayandırılır. İşğalçılar Buçadan və Qostomel aerodromundan geri çəkiliblər”.

Qeyd edilir ki, Rusiya hərbçiləri Xarkovu şimal istiqamətindən blokadaya alıb, Axtırka bölgəsində uğur qazana bilmədiklərinə görə əsas qüvvələri Qadyaç və Zenkiv bölgəsində cəmləşdiriblər.

Ukraynanın Baş Qərargahı Rusiya ordusunun itkilərinin statistikasını verib:

tanklar - 251 ədəd;
zirehli döyüş maşınları - 939 ədəd;
artilleriya sistemləri - 105 ədəd;
Reaktiv yaylım atəş sistemi - 50 ədəd;
hava hücumundan müdafiə sistemləri - 18 ədəd;
təyyarə - 33 ədəd (müəyyənləşdirilir);
helikopterlər - 37 ədəd;
avtomobil avadanlığı - 404 ədəd;
yüngül sürətli qayıqlar - 2 ədəd;
sistern - 60;
kəşfiyyat PUA-sı - 3.

 

Diaspora