Həftə ərzində azı üç dəfə Zelenskini öldürməyə cəhd edilib - The Times

Həftə ərzində azı üç dəfə Zelenskini öldürməyə cəhd edilib -  The Times backend

Ukrayna xüsusi xidmət orqanları düşmənin planlarını üzə çıxarmağa və cinayətin qarşısını almağa nail olub.

Qaziler.az bildirir ki, Britaniyanın “The Times” qəzeti son bir həftə ərzində Ukrayna prezidenti Vladimir Zelenskiyə ən azı üç dəfə sui-qəsd cəhdinin edildiyini yazır.

Jurnalistlərin məlumatına görə, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup göndərilib - Kremlyönümlü Vaqner qrupunun muzdluları və çeçen xüsusi təyinatlıları. Qəzet yazır ki, hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya Federal Təhlükəsizlik Xidməti üzvlərinin sayəsində alınıb.

Ukrayna təhlükəsizlik xidmətinin məlumatlı olması sayəsində “Vaqner”in muzdlularının cəhdi uğursuz olub, hücumun qarşısı alınıb. Bildirilir ki, əməliyyat zamanı itkilər verən “Vaqner”çilər ukraynalıların onları nə qədər dəqiq izləyə bilmələrindən narahat olublar.

Zelenskiyə qarşı növbəti sui-qəsdin qarşısı fevralın 26-da alınıb. Ukrayna təhlükəsizlik qüvvələri bir qrup çeçen muzdlunu prezidentə çatmamış məhv edib.

mənbə: Unian

 

Diaspora