Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.
APA-yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb. Tərəflər görüş zamanı Ukraynadakı cari vəziyyəti müzakirə ediblər. Çavuşoğlu tərəflərin mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizin yaradılmasına dair razılığa gəlməsindən Türkiyənin məmnun olduğunu vurğulayıb.
O əlavə edib ki, dəhliz bir tərəfdən Türkiyə vətəndaşlarının təxliyyəsini təmin edəcək, digər tərəfdən humanitar yardımların çatdırılmasını asanlaşdıracaq.