ABŞ 19 Rusiyalı iş adamı və onlarla əlaqəli 47 şəxsə, həmçinin Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova qarşı sanksiyalar tətbiq edib.
Trend xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata əsasən, sanksiyalar siyahısına Nikolay Tokarev, Boris Rotenberq, Arkadi Rotenberqlər Sergey Çemezov, İqor Şuvalov, Evgeni Priqojin və Alişer Usmanov da daxil edilib.
Bildirilir ki, ABŞ “19 rusiyalı oliqarx, onların 47 ailə üzvü və onlarla yaxından əlaqəli şəxslərə” qarşı viza məhdudiyyətləri tətbiq edir.