Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığında ölkəsinin bütün Ukraynanı ələ keçirmək üçün hücumları davam etdirəcəyini bildirib və kompromislərdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Kreml rəhbəri Makronun diqqətinə çatdırıb ki, əməliyyat Moskvanın planına uyğun şəkildə davam edir:
“Prezident Makron həmkarı Putinin dediklərini nəzərə alaraq, ən pis vəziyyətin hələ qarşıda olduğu qənaətinə gəlib”.