Ukraynanın Çerniqov şəhərində yaşayış binalarına rusiya ordusu tərəfindən endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı artıb.
Qaziler.az bildirir ki, son məlumata görə, xilasedicilər dağıntılar altından 33 nəfərin cəsədini çıxarıblar.
Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Həlak olanların sayının artacağı istisna edilməyib.
Atəş altında axtarışların davam etdirilməsi mümkün olmadığına görə axtarışların hələlik dayandırıldığı bildirilir.