Qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilir - Putin

Qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilir -  Putin backend

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasından sonra canlı yayımda çıxış edib.

"Ukraynalılar və ruslar hələ də bir millətdir, mən bunu heç vaxt inkar edə bilmərəm", - Putin bildirib.

Qaziler.az bildirir ki, Rusiya prezidenti Putinin çıxışında əsas diqqət çəkən məqamlar bunlardır:

"Mən rusam. İvan və Mariya mənim valideynlərimdir. Mən çeçenəm, mən yəhudiyəm... Özümü belə hiss edirəm. Rusiyada 300-dən çox etnik xalq var. Bura belə bir ölkədir. Ukrayna və Rusiya  bir xalqdır

...Rusiya Silahlı Qüvvələri Ukraynanın bütün münaqişə yerlərində mülki şəxslər üçün dəhlizlər yaradır, lakin millətçilər onları buraxmırlar. Hazırda əməliyyat plana uyğun davam edir. Bizim əsgər və zabitlərimizə Donbasdakı qüvvələr də dəstək verir. Ordumuz çox güclü müdafiəni aşaraq həmin torpaqlara çatdı. Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi hərbi əməliyyatı qrafikə uyğun davam edir, qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilir".

Mənbə: Haber Global

 

Diaspora