Ukrayna-Rusiya danışıqlarının növbəti raundu keçirilir - YENİLƏNİB-1

Ukrayna-Rusiya danışıqlarının növbəti raundu keçirilir -  YENİLƏNİB-1 backend

Ukrayna-Rusiya danışıqları başlayıb.

Apa xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Xatirladaq ki, danışıqlar Belarusun Brest vilayətində keçirilir.

***

17:57

Ukrayna nümayəndə heyəti Belarusda Rusiya ilə danışıqların keçiriləcəyi Belovej meşəsinə çatıb.

Apa TASS-a istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyəti əraziyə helikopterlə gəlib.

***

16:00

Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlar üçün yola düşüb.

Apa-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak "Twitter"də bildirib.

“Rusiya Federasiyası ilə danışıqlar üçün. Artıq helikopterdəyik. Bir neçə saatdan sonra başlayacağıq...” - o vurğulayıb.

Diaspora