Rusiya-Ukrayna danışıqları bu gün keçiriləcək

Rusiya-Ukrayna danışıqları bu gün keçiriləcək backend

Ukrayna Prezidentinin ofisi Rusiya-Ukrayna danışıqlarının bu axşam keçiriləcəyini təsdiqləyib.

Apa RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.

O, Ukrayna nümayəndə heyətinin tərkibində dəyişiklik olmadığını əlavə edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rəsmi Kiyevin isə danışıqlara hazır olduğunu, lakin Rusiya tərəfinin irəli sürəcəyi ultimatumları qəbul etməyəcəyini deyib: “Rusların tələbləri dəyişməz qalır. Bu, Putinin müharibədən öncə müraciəti zamanı səsləndirdiyi tələblərdir. Biz danışıqlara hazırıq, diplomatiyaya hazırıq, amma heç bir halda Rusiya ultimatumlarını qəbul etməyəcəyik”.

Diaspora