Ukrayna Rusiya Ordusunun itkilərini açıqlayıb

Ukrayna Rusiya Ordusunun itkilərini açıqlayıb backend

Ukraynanın işğalı başlayandan 5 840 Rusiya hərbçisi həlak olub.

Qaziler.az-ın BBC-yə istinadən xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin ilkin rəqəmlərə əsasən təqdim etdiyi məlumatında qeyd olunub.

Bildirilib ki, Ukrayna hərbçiləri və özünümüdafiə dəstələri Rusiyaya məxsus 30 təyyarə, 31 helikopter, 211 tank, 862 zirehli texnika, 85 artilleriya sistemi, 9 hava hücumundan müdafiə sistemi, 60 yanacaq daşıyan maşın, 355 nəqliyyat vasitəsi və 40 yaylım atəş sistemini məhv edib və ya ələ keçirib.

BBC-nin məlumatında qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin təqdim etdiyi rəqəmlərin müstəqil şəkildə təsdiqləyə bilmir, lakin Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynanın işğalı zamanı Moskvanın hərbi qüvvələrinin ağır itkilər verdiyi qənaətindədir.

Diaspora