Riyakarlığın son həddi: Şoyqu "Beynəlxalq antifaşist konqresi" keçirəcək...

Riyakarlığın son həddi:  Şoyqu "Beynəlxalq antifaşist konqresi" keçirəcək... backend

Rusiyanın Müdafiə Nazirliyi avqust ayında "Ordu- 2022" hərbi- texniki  forum çərçivəsində ilk "Beynəlxalq antifaşist konqres" keçirəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə nazir Sergey Şoyqu selektor müşavirəsi zamanı bəyan edib.

 

Onun sözlərinə görə, Rusiya ordusu Ukraynada "qarşıya qoyulan məqsədlərə çatanadək "xüsusi əməliyyat"ı davam edəcək.

 

"Bizim üçün ən başlıcası Rusiya Federasiyasını Ukrayna xalqından ölkəmizə qarşı istifadə etməyə cəhd göstərən Qərb dövlətlərinin yaratdığı təhlükədən qorumaqdır",- rusiyalı nazir belə deyib.

 

Şoyqu qeyd edib ki, Rusiya Ukraynanı işğal etmək fikrində deyil və zərbələri "yüksək dəqiqliyə malik silahlarla istisnasız olaraq hərbi obyektlərə endirir".

 

Qeyd edək ki, bu gün Xarkov şəhərinin sosial şəbəkələrdə şok effekti yaradan atəşə tutulmasından sonra Azadlıq meydanındakı vilayət administrasiyasının binasında ən azı 10 nəfər həlak olub və 20 nəfər yaralanıb.

 

Xarkov vilayət administrasiyasının başçısı Oleq Sinequbov "Qrad" sistemləri və qanadlı raketlərdən istifadə edilməsini bəyan edərək, bunu hərbi cinayət adlandırıb.

 

Ukraynadan bütün dəhşətli kadrların, həlak olan dinc sakinlərin, qadınların, uşaqların fonunda məhz Rusiya hakimiyyətinin hərəkətləri faşist Almaniyası ilə, Rusiya Fededasiyası prezidetini isə Hitlərlə müqayisə edirlər.

 

Müqəddəs heç nə qalmayıb: Rusiya hərbçiləri yaşlı ər- arvadı qətlə yetirib, doğum evini atəşə tutub.

 

Haaqada Beynəlxalq cinayət məhkəməsi artıq Ukraynadakı vəziyyəti araşdırmağa başlayıb.

 

Məhkəmənin baş prokuroru Kərim Xanın sözlərinə görə, araşdırma predmeti 2014- cü ildən son hadisələrədək "Ukraynanın istənilən ərazisində münaqişənin istənilən tərəfi"ndən törədilən cinayətlər olacaq.

 

Könüllülər Rusiya rejiminin hərbi cinayətlərini sübutlarının toplanması üçün "Nürnberq- 2022" layihəsinə start verib.

Diaspora