Ukrayna rəhbərliyi Çeçenistandan gələn döyüşçülərin prezident Volodimir Zelenskiyə sui-qəsd etmək üçün xüsusi əməliyyatın detallarından xəbərdar olub. Həmin elit qrup məhv edildi.
Qaziler.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov "Rada" telekanalına açıqlamasında deyib.
Danilovun sözlərinə görə, müharibədə iştirak etmək istəməyən FTX nümayəndələri Ukrayna hakimiyyətinə məlumat veriblər. Bunun sayəsində ölkə prezidentini aradan qaldırmaq üçün Ukraynaya gedən elit qrup məhv edilib.
"Onların iki qrupa bölünməsi var idi, biz onları izləmişik. Bir qrup Gostomeldə əhatə olunub, digəri indi nişan altındadır. Biz nə prezidentimizi, nə də ölkəmizi heç kimə təslim etməyəcəyik. Bu, bizim torpağımızdır, gedin buradan”, – Danilov deyib. (virtualaz.org)