Ukraynada dəmiryolçular rusiyalı hərbçiləri tələyə salıb zirehli texnikanı ələ keçirdilər - FOTO - VİDEO

Ukraynada dəmiryolçular rusiyalı hərbçiləri tələyə salıb zirehli texnikanı ələ keçirdilər  -  FOTO - VİDEO backend

Ukraynada iki dəmiryolçu Rusiya ordusuna məxsus zirehli transportyoru ələ keçirib və onu idarə edən hərbçiləri yalın əllə zərərsizləşdiriblər.

Ukraynalı deputat Aleksey Qonçarenkonun sözlərinə görə, dəmiryolçular “Sumı-Tovarnaya” stansiyasına zirehli transportyorun daxil olduğunu görüblər. Bu zaman texnikanı idarə edən hərbçilərdən biri onlardan yolu soruşub.

Stansiyanın rəisi Artyom Kiselyov və “Bası” stansiyasının rəisi Ruslan Aristarxov bilərəkdən onları dalana yönləndirib.

Tələyə düşən Rusiya hərbçiləri zirehli transportyordan çıxarılıb və onlardan ikisi zərərsizləşdirilib, digər ikisi qaçıb. Daha sonra onları ərazi müdafiə qüvvələrinə təhvil veriliblər.

Qeyd edək ki, bununla yanaşı sosial şəbəkələrdə daha bir maraqlı məqam ortaya çıxıb. Belə ki, yayılan videolardan birində kəndlilərin Rusiyaya məxsus tankı ələ keçirdiyi və onu traktor vasitəsilə çəkib apardığı müşahidə olunub. 

 

Diaspora