Ukraynanın Odessa vilayətində Rusiyaya çalışan casuslar aşkarlanaraq saxlanılıblar.
Onlar hərbçilərin hərəkəti və yeridilməsi barədə məlumatları ötürüb, hədəflər işarələyib, işıq siqnalları ötürüb, icazəsiz pilotsuz uçuş aparatları buraxıb və ərazinin fotoşəkillərini çəkib və əldə etdikləri digər məlumatları Rusiya tərəfinə ötürüblər.
Casusların saxlanılması əməliyyatlarına hərbçilərlə yanaşı sərhədçilər, həmçinin Ukrayna Milli Qvardiyasının üzvləri də cəlb olunur.